ARDANUÇ Ardanuç, Turkey, July 2006 |
|
|
2006-cı ili “Mədəni Qafqaz” ictimai hərəkatı üçün haqlı olaraq ugurlu hesab etmək olar. Hərəkatın Ermənistanda Gümrü və Gürcüstanda Uplissixdə mədəni-tarixi abidələrin təmizlənməsi və mədəniyyətlərarası qarşılıqlı əlaqələrdə zəngin təcrübəsi var. Sonra bu proqram Türkiyənin Artvin əyalətində də həyata keçirilmişdir. “Mədəni Qafqaz” hərəkatının “veteranları” ilə birlikdə bizim ideyaları ruh yüksəkliyi ilə qəbul edən yeni hərəkatlər də iştirak etmişlər və proqramın üçüncü turunun ugurla həyata keçməsində yardımçı olmuşlar. Həmfikir və birləşmiş qrup hər bir başlangic işin ugurla nəticələnməsinin təminatçısıdır. Türkiyənin Artvin əyalətinin yüksək dag yolları ilə hərərkət edən qrupumuz yuxarıda göstərilən standartlara uygun gəlirdi. Qrupumuz 6 ölkənin – Azərbaycan, Ermənistan, Gürcüstan, İran, ABŞ və Türkiyədən olan nümayəndələrdən ibarət olmaqla ilk görünüşdən müxtəlif görünsədə, əslində bir-birinə çox yaxın və oxşar idilər. Bizim mikroavtobusumuz bir dagdan digərinə, çətinliklə keçirilən yollar düyününü aşaraq sanki insan ayagı dəyməmiş yerlərə mühüm bir məqsəd üçün – insanlara bizim layihəni çatdırmaq üçün hərəkət edirdi. Təəccüblüdür, bu cür ucqar və əlçatmaz yerlərdə əcdadlarımız bir çox əsrlər bundan əvvəl hündür qalalar, mədəni tikililər, müdafiə qurguları inşa etmişlər. İnsan tarixinin bu mirvarilərini qoruyan onların zəhmətkeş əllərinin olmasını başa düşəndə yerli əhaliyə qarşi urəyimiz minnətdarlıq və hörmət hissi ilə dolurdu. Yerli əhalinin layihəmizin missiyasına böyük hörmətlə yanaşması bizim üçün çox vacib idi. Onlar məmnuniyyətlə bizim aksiyaya qoşulurdu. Sülh içində yuxulayan abidələr bizim gəlişimizlə sanki neçə əsrlik yuxudan oyanıb bütün gözəllıklıri ilə qarşımızda oldular. Ayrı ayrılıqda hər bir mədəni abidənin mənbəyindən gələn folklor musiqisi səsləndikdə mənzərə təsirli və yaddaqalan olurdu. Yerli əhalinin isti münasibət və qonaqpərvərlik, tarixi abidələrin ətrafının yaxşılaşdırılmasında bizə kömək göstərməyə hazır olmaları forumumuzu həqiqətən də xoş və yaddaqalan etdi. Bizim qrupumuz hər gün maraqlı və ruhi zənginliklə dolu olan işdən sonra kiçik Ardanuç kəndinə qayıdırdıq. Türk kaloritli bu kiçik şəhər hərəkətimizin bütün içtirakçıları üçün çox dogma oldu. Yerli əhali bizə göstərilən dogma münasibəti nümayiş etdirərək bizi sevinclə öz toy rəqslərinə dəvət etdilər. Tam əminliklə demək olar ki, Qafqazda heç bir toy məclisi bu qədər müxtəlif xalqları, dini və mədəniyyəti təmsil edən insanların iştirakı ilə keçməmişdir. Hər birimiz özünəməxsus rəqs etsək də, rəqs çox mehriban alındı. Türkiyədəki forum haqqında bəhs edərkən Şavşatda şəhər bələdiyyəsi tərəfindən təşkil edilən tədbiri qeyd etməmək olmaz. Burada demək olar ki, bütün yaxın şəhər və kəndlərin sakinləri iştirak edirdilər. Bu tədbir özündə musiqi və rəqs festivalı, həmçinin yarmarka təşkil edirdi. Tədbir ətraf mühitin mühafizəsi şüarı altında keşirildiyindən hərəkətimizin missiyasına dogma idi və bizi gələcək işlərə daha da həvəsləndirirdi. Türkiyənin daglıq cıgırları ilə səyahət edərək humanist fikirlərimizi və bizim millətlərarası isti münasibətimizi nümayiş etdirərək özümüzdən sonra qoydugumuz həyatsevərliyin və zəhmətkeşliyin bu kiçik qıgılcımı hələ uzun müddət sönməyəcək. Ümid edirik ki, özümüzdən sonra qoydugumuz bu qıgılcım mənəvi, əqli, həmçinin tarixi-mədəni “təmizlənmə” digər xoşməramlı və sülh ideyalarına, layihələrinə təkan verəcək.
The text is developed by the participants of the Forum: Tamilla Kerimova and others |
|
![]() |
|
|
|
|





